
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Defining Eurasia’s Strategic Order: The Middle Corridor as a European Security Agenda for Stability, Peace, Security and Connectivity” mövzusunda panel müzakirəsi keçirilib.
Əsas məruzəçilər Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)rəhbəri Odil Renaud-Basso olublar.
ER səfiri Viktor Yengibaryan da iştirakçılara qısa bir çıxış edərək blokadanın qaldırılmasının inklüzivliyindən danışdı, açılan yeni iqtisadi imkanların “sıfır cəmli oyun” olmadığını və Cənubi Qafqazın bütün ölkələrinin və onların qonşularının bundan faydalana biləcəyini vurğuladı.

Ermənistan səfiri həmçinin sülhün bərqərar olması yolu ilə Cənubi Qafqaz ölkələrinin müstəqilliyini və suverenliyini gücləndirmək imkanlarını vurğuladı.
Almaniyadakı ER səfirliyinin məlumatına görə, məruzəçilər regionda blokadanın aradan qaldırılması nəticəsində yaranan iqtisadi imkanlar çərçivəsində TRIPP-in əhəmiyyətini və əməkdaşlıq perspektivlərini
Tədbir Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu (ICI Institute) tərəfindən təşkil olunub.







