BaşlıcaSiyasət

BB səfiri və hərbi attaşesi beynəlxalq kibermüdafiə təlimində iştirak edən erməni və britaniyalı iştirakçılarla görüşüb

Böyük Britaniyanın səfiri və hərbi ataşesi kibertəhlükəsizlik üzrə beynəlxalq təlimlərdə iştirak edən erməni və britaniyalı iştirakçılarla görüşüb

Böyük Britaniya və Ermənistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdədir və “Defence Cyber Marvel 2026” təliminə qoşulublar.

Bu təlimdə 29 ölkədən 2500-dən çox iştirakçı bir araya gəlmişdir.

Alınan məlumata görə, bu barədə ER-da Böyük Britaniya səfirliyinin “Facebook” səhifəsində yayımlanan bəyanatda qeyd olunub.

Bəyanatda deyilir ki, Ermənistandakı Böyük Britaniya səfiri Aleksandra Koul və Böyük Britaniyanın Müdafiə Ataşesi Tomas Şorlend Bol təlimin keçirildiyi yeri ziyarət ediblər.

Burada Ermənistan və Böyük Britaniya nümayəndələri birlikdə işləyərək kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmiş və peşəkar təcrübələrini mübadilə etmişlər.

Səfir Ermənistan və Böyük Britaniya iştirakçıları ilə görüşüb, təlimin gedişatını izləyib və dəyişən təhlükəsizlik mühitində kiberdavamlılığın əhəmiyyətini müzakirə edib.

Mənbəyə görə, təlimdə Ermənistan tərəfindən Müdafiə nazirliyi, İnformasiya Sistemləri agentliyi və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri iştirak ediblər.

“Bu cür təlimlər etibarlı tərəfdaşlıqların qurulmasına, peşəkar bacarıqların inkişafına və təhlükəsizliyin və davamlılığın gücləndirilməsinə olan ümumi sadiqliyimizə töhfə verir.

Böyük Britaniya Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində inkişaf edən əməkdaşlığına böyük əhəmiyyət verir” – deyə Böyük Britaniya səfirliyinin bəyanatında qeyd olunub.

Daha çox göstər
Back to top button