
Fransa və Hindistan iki böyük demokratiya, iki hərbi və texnoloji güc, Ermənistanın iki köhnə dostudur, – deyə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə yazıb.
O, həmçinin France-Presse agentliyindən bir paylaşım yayıb: “Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Hindistana üç günlük səfərə başlayır, burada danışıqlar süni intellekt sahəsində əməkdaşlıq və Dassault Rafale qırıcı təyyarələrinin alınması üçün çoxmilyardlı müqaviləyə yönələcək”.







