Başlıcaİctimaiyyət
İraqa Suriyadan köçürülən 55 Azərbaycan vətəndaşı var – onlar İŞİD döyüşçüləridir

Suriya həbsxanalarından İraqa köçürülən “İslam Dövləti” (İŞİD) terrorçuları arasında 55 Azərbaycan vətəndaşı da var.
APA agentliyinin məlumatına görə, bu barədə məlumat İraq Ədliyyə nazirliyi tərəfindən yayılıb.
İraq Ədliyyə nazirliyinin siyahısında Azərbaycanla yanaşı daha 65 ölkə qeyd olunub. ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) isə Suriyadan İraqa İŞİD məhkumlarının köçürülməsi prosesinin başa çatdığını elan edib.
Ümumilikdə, Suriyadan İraqa təxminən 5700 məhbus köçürülüb.







