
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxicevan Muxtar Respublikasında yeni dəmir yolu xəttinin inşasını uğurla davam etdirir.
Azərbaycan mediasının məlumatına görə, ümumi uzunluğu 194,1 kilometr olan xətt boyunca 10 stansiya və 814 mühəndis qurğusu, o cümlədən 29 körpü və 4 tunel tikiləcək.
Ötən ilin sonunda start verilən layihənin ilk mərhələsi Salamabad, Ordubad, Azun və Culfa ərazilərini əhatə edir.
Məlumata əsasən, bu dəmir yolu xətti “Zəngəzur dəhlizi” adlandırılan marşruta birləşdiriləcək və bununla da:
Azərbaycanın əsas hissəsi ilə Naxicevan Muxtar Respublikası arasında birbaşa quru əlaqə yaradılacaq,
Türkiyə, Ermənistan və Avropa bazarlarına çıxış imkanı təmin ediləcək,
Orta Dəhlizin mühüm tərkib hissəsinə çevriləcək,
Ordubadda Ermənistanla sərhəddə yerləşən TRIPP nəqliyyat marşrutu ilə inteqrasiya olunacaq.
Bu layihə regionda yeni nəqliyyat əlaqələrinin formalaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Mətn factor.am-ə məxsusdur.







