
1 yanvar 2022-ci ildən 31 yanvar 2026-cı ilə qədər Rusiyaya 1,56 milyon işlənmiş minik avtomobili idxal edilib. Bu barədə Rusiyanın Avtostat media agentliyinin direktoru Sergey Tselikov məlumat verib.
“Ermənistan işlənmiş avtomobil idxal edən ilk beş ölkəyə daxil olub (74 min ədəd). Lakin bu, yalnız 2023-cü ildə işlənmiş avtomobillərin böyük axını ilə bağlıdır. İndi bu idxal istiqaməti praktik olaraq işləmir.
Digər kiçik, lakin sabit təchizat istiqaməti Gürcüstandır. 4 il ərzində 58 min avtomobil idxal edilib. Bundan əlavə, 2025-ci ildə əsasən Şimali Amerikadan Gürcüstan avtomobil ixracında artım qeydə alınıb. Gürcüstanın payı ötən il Rusiyaya idxal edilən işlənmiş avtomobillərin ümumi həcmində 7,4%-ə qədər artıb”, – deyə o yazıb.







