
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın iştirakçılarını salamlayaraq, onların təşəbbüslə qoşulmalarını yüksək qiymətləndirdi.
Tramp qeyd etdi ki, təşəbbüsün məqsədi sülhdür və buna nail olmaq çox çətindir. Buna baxmayaraq, yaxşı nəticə əldə etdik: “Biz səkkiz müharibəni dayandırdıq” – deyə ABŞ Prezidenti bildirdi.
O, yenidən Ermənistan və Azərbaycan arasındakı münaqişənin dayandırılmasına toxundu və qeyd etdi ki, tərəflər 30 il müharibə aparıblar, lakin münaqişəni 24 saat ərzində həll etmək mümkün olub.
Tramp Ermənistanın Baş naziri və Azərbaycan prezidentinə təşəkkür bildirdi. Zalda Trampın açıqlaması alqışlarla qarşılandı.
ABŞ Prezidenti fikrini bildirərək dedi ki, Ermənistan və Azərbaycanın rəhbərləri “dostlaşıblar”.
“İki əhəmiyyətli ölkə arasında sülh bərqərar edildi. Mən bunu heç vaxt unutmayacağam”- deyərə Ağ Evin rəhbəri bəyan edib.







