BaşlıcaEkonomika

Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana neft məhsullarının daşınması ucuzlaşıb

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik rüsum müəyyən edib. Bununla bağlı məlumat Gürcüstanın İqtisadiyyat nazirliyinin bəyanatında qeyd olunub.

“Sputnik-Gürcüstan” xəbər verir ki, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan bir dəfəlik və pulsuz şərtlərlə Azərbaycandan öz ərazisi vasitəsilə Ermənistana neftin tranzitini təmin etmişdi.

Lakin növbəti partiya standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılıq doğurmuşdu.

Tariflər mövzusu Yerevanda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvirişvili ilə Ermənistanın Regional İdarəetmə və İnfrastruktur naziri David Xudatyanın görüşündə əsas müzakirə mövzusu olub.

Daha çox göstər
Back to top button