BaşlıcaEkonomika

Xudatyan:   “Modul tipli atom elektrik stansiyasının tikintisi qərarı Ermənistanın enerji sisteminə əlavə çeviklik qazandırmaq məqsədilə qəbul edilib”

Ermənistanda modul tipli atom elektrik stansiyasının tikintisi ilə bağlı əsas məsələlərin bu ilin sonunadək və ya 2027-ci il ərzində dəqiqləşdirilməsi planlaşdırılır.

 Bundan sonra layihələndirmə mərhələsi başlayacaq, ardınca podratçı şirkətin seçilməsi və tikinti işlərinin başlanması həyata keçiriləcək.

Verdiyi  müsahibəsində bu barədə Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan bildirib.

O, qeyd edib ki, ABŞ, Rusiya, Çin, Koreya və Fransadan olan təxminən on şirkətin təkliflərinin öyrənilməsi davam edir.

Ermənistanın enerji sisteminin tələbat və xüsusiyyətlərinə uyğun, həmçinin maliyyə baxımından daha məqsədəuyğun variant seçiləcək.

Yalnız bundan sonra tikiləcək atom elektrik stansiyasının modeli müəyyən ediləcək.

“Hazırda Ermənistan hökuməti yalnız atom elektrik stansiyasının tipinə qərar verib – kiçik reaktorlardan ibarət modul tipli atom elektrik stansiyası.

Belə bir stansiyanın tikintisi qərarı müxtəlif amillər, ilk növbədə Ermənistanın enerji sisteminə əlavə çeviklik qazandırılması nəzərə alınaraq qəbul edilib” – deyə nazir bildirib.

O həmçinin məlumat verib ki, yaxın zamanda Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması üzrə ikinci proqram başlayacaq və bunun nəticəsində stansiya 2036-cı ilə qədər fəaliyyət göstərəcək.

Davit Xudatyanın sözlərinə görə, texniki baxımdan Metsamor AES-i Ermənistanın enerji sistemində 2046-cı ilə qədər saxlamaq mümkündür, lakin hökumət buna ehtiyac qalmaması üçün əlindən gələni edəcək.

Mövzu ilə bağlı ətraflı məlumatı Davit Xudatyanla müsahibənin videoçarxına baxaraq əldə edə bilərsiniz.

.

Daha çox göstər
Back to top button