
Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkeni qəbul edib.
Bu barədə ER Xarici İşlər Nazirliyi görüşün təfərrüatlarını təqdim edərək məlumat verib.
Qeyd olunur ki, xarici işlər nazirinin müavini Vahan Kostanyan Yerevanda ofisin yaradılmasından bəri BMT ilə əməkdaşlığı yüksək qiymətləndirib, xüsusilə də BMT-nin Dağlıq Qarabağdan olan məcburi köçkünlərin problemlərinin həllində rolunu vurğulayıb.
Xarici İşlər Nazirliyi bildirir ki, Vahan Kostanyan qaçqınların inteqrasiyası istiqamətində atılan addımları təqdim edib, o cümlədən ER hökumətinin bu istiqamətdə növbəti üç il üçün strategiyasını müəyyən edən “Qaçqınlara və Qəbul Edən İcmalara Dəstək üzrə İnklüziv Milli Çərçivə” sənədinə istinad edib. Görüşdə mənzil və məşğulluq proqramları da müzakirə edilib.







