BaşlıcaBeynəlxalq

Ermənistan hökuməti Bern şəhərində daimi səfirliyə açmaq qərarı qəbul edib: Mirzoyan İsveçrəli həmkarı ilə görüşdü

23 fevral tarixində Cenevrədə Ermənistan Respublikasının Xarici İşlər naziri Ararat Mirzoyan İsveçrə Konfederasiyasının Xarici Əlaqələr üzrə Federal Departamentinin rəhbəri İqnazio Kassis ilə görüşüb.

Bununla bağlı Ermənistan XİN məlumat yayıb.

Görüşdə iştirak edənlər Ermənistan və İsveçrə arasında tərəfdaşlığın inkişafı və ikitərəfli əlaqələrin yeni istiqamətlərlə zənginləşdirilməsi üzrə işlər müzakirə olunub.

Nazir Mirzoyan qeyd edib ki, Ermənistan hökuməti Bern şəhərində Ermənistan Respublikasının daimi səfirliyinin açılması qərarı qəbul edib. Hər iki tərəf bu addımın ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni təkan olacağını vurğulayıb.

Ararat Mirzoyan və İqnazio Kassis ATƏT çərçivəsində, o cümlədən İsveçrənin sədri olduğu dövrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Digər formatlarda qarşılıqlı faydalı işlərin, o cümlədən yaxın gələcəkdə keçiriləcək yüksək səviyyəli tədbirlərin – o cümlədən Avropa Siyasi Birliyinin Yerevanda keçiriləcək görüşünün vacibliyi qeyd edilib.

Ermənistan və İsveçrənin Xarici işlər nazirləri regional proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.

Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin humanitar xarakterli məsələlərə, Qarabağdan deportasiya edilmiş qaçqınların ehtiyaclarının ödənilməsi üzrə proqramlara da toxunulub.

Daha çox göstər
Back to top button