BaşlıcaSiyasət

Ölkələrin adambaşına düşən müdafiə xərclərinə görə reytinq cədvəli tərtib edilib

Dünya hərbi xərcləri çox vaxt nəhəng dövlət büdcələri prizmasından qiymətləndirilir və burada diqqət daim ABŞ və Çinə yönəlir.

Lakin müdafiə xərclərinə adambaşına düşən göstərici ilə baxdıqda mənzərə kökündən dəyişir: birinci yerlərə nəhəng dövlətlər yox, nisbətən kiçik ölkələr yüksəlir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, birinci yeri İsrail tutur. 2024-cü ildə bu ölkə müdafiəyə adambaşına təxminən 5000 dollar xərcləyib.

Bu göstərici ölkənin üzləşdiyi daimi təhlükəsizlik təhdidlərini, həmçinin məcburi hərbi xidmətin mövcudluğunu əks etdirir. Naked Science-ın məlumatına görə, ümumi hərbi büdcəsi dünya standartları ilə nisbətən kiçik olsa da (təxminən 47 milyard dollar), adambaşına düşən xərclər burada misilsizdir.

Reytinq cədvəlində onu digər kiçik və ya iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər izləyir. Sinqapur adambaşına 2500 dollardan çox xərcləyir ki, bu da onun strateji mövqeyi və texnoloji üstünlüyə vurğu etməsi ilə bağlıdır.

 Norveç və Danimarka da ilk onluqdadır ki, buna yüksək gəlir səviyyəsi və NATO çərçivəsində artan öhdəliklər şərait yaradır.

ABŞ adambaşına təxminən 2900 dollar xərclə ikinci yerdədir ki, bu da ölkənın nəhəng hərbi büdcəsi ilə çoxsaylı əhalisinin vəhdətini əks etdirir.

Çin isə əksinə, reytinqdə xeyli aşağıdadır: ümumi hərbi xərcləri 300 milyard dolları ötsə də, adambaşına xərc cəmi 221 dollar təşkil edir.

Avropa dövlətləri – Almaniya, Fransa və Birləşmiş Krallıq siyahının orta hissəsində yerləşir, müdafiə öhdəliklərini böyük əhali və sosial xərclərlə tarazlaşdırmağa çalışırlar.

Rusiya adambaşına 1026 dollar göstərici ilə dünyada 15-cidir.

Daha çox göstər
Back to top button