BaşlıcaSiyasət

Səfir: “İran və Ermənistan genişmiqyaslı hərbi təlimlər keçirə bilərlər”

Müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində ölkələr arasında mövcud əlaqələri nəzərə alaraq, belə tədbirlər (ötən il keçirilmiş Ermənistan-İran hərbi təlimlərini nəzərdə tutur – red.) gələcəkdə də baş tuta və daha genişmiqyaslı ola bilər.

 Bu barədə fevralın 24-də jurnalistlərlə söhbətində İrənin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirolami bəyan edib։

O, xatırladıb ki, hazırda Ermənistanın Müdafiə naziri Suren Papikyan rəsmi səfərlə Tehrandadır ki, bu da iki ölkə arasında münasibətlərin yüksəlişindən xəbər verir.

 Diplomat aydınlaşdırıb ki, Papikyanın səfəri əvvəlcədən planlaşdırılmışdı.

“Bu da ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını bir daha təsdiqləyir։ Bu səfər çərçivəsində tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi apara və əməkdaşlığı dərinləşdirə biləcəklər” – deyə səfir əlavə edib։

Daha çox göstər
Back to top button