
Ermənistanın Müdafiə naziri Süren Papikyan fevralın 25-də Tehran-da İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.
Məlumata görə, Papikyan bu barədə “Facebook” səhifəsində yazıb:
“Fevralın 25-də İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ilə görüşdüm. Görüş zamanı regional təhlükəsizlik və sabitlik, həmçinin Ermənistan-İran ikitərəfli əməkdaşlığının gedişatı və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
İran ətrafında yaranan vəziyyətin diplomatik yolla həll edilməsinin zəruriliyini vurğuladım. Həmçinin Ermənistan və İran ətrafında formalaşan təhlükəsizlik mühitinə də toxunduq”.
Ermənistanın Müdafiə naziri Süren Papikyan rəsmi səfər çərçivəsində fevralın 23-də İrana gəlmişdi. Səfər zamanı Papikyan daha əvvəl İranın Müdafiə naziri, Silahlı qüvvələrin baş qərargah rəisi və Prezidenti ilə görüşüb.







