
Erməni tərəfi heç vaxt İrana qarşı addımlar üçün dayaq olmayacağına dair təminat verib.
Bu barədə fevralın 26-da jurnalistlərə müsahibəsində ER-da İranın Fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğulami bəyan edib.
O, əlavə edib ki, Ermənistan və İran arasında qarşılıqlı etimad mövcuddur. “Biz bu məsələ ilə bağlı (TRİPP məsələsi – red.) Ermənistan rəhbərliyi ilə daimi təmasdayıq.
Əgər bu yolun məqsədi imkanları inkişaf etdirmək və sülhə dəstək olmaqdırsa, biz buna qarşı deyilik.
ABŞ-ın İrana qarşı düşmən münasibətini nəzərə alaraq, bizdə narahatlıq var idi və bunu konstruktiv şəkildə erməni həmkarlarımızla müzakirə etdik” – deyə səfir vurğulayıb.







