BaşlıcaSiyasət

Təhlükəsizlik Şurasının iclasında İİR ətrafında və Yaxın Şərqdə baş verən hadisələr müzakirə olunub

Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda həmçinin Respublika Prezidenti Vahaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan, Baş nazirin aparat üzrə rəhbəri Arayik Harutyunyan, Parlament sədrinin müavini Ruben Rubinyan, Parlamentin  “KP” (“Mülki Müqaviləsi”) fraksiyasının rəhbəri Hayk Koncoryan,Parlamentin  Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan iştirak ediblər.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan İran İslam Respublikası ətrafında və Yaxın Şərqdə baş verən hadisələr barədə geniş məruzə ilə çıxış edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Baş nazirin tapşırığı ilə yaradılmış idarələrarası işçi qrupun fəaliyyəti haqqında hesabat təqdim edib.

İclasın yekunlarına əsasən Baş nazir tərəfindən zəruri tapşırıqlar verilib. İclas iştirakçıları baş verən faciəvi hadisələrlə bağlı dərin təəssüf ifadə edərək, həlak olanlarla bağlı başsağlığı verib və sülhün tezliklə bərqərar olunmasının vacibliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button