
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİK) kürd qruplaşmalarına regiondakı münaqişəyə qarışmamaq barədə xəbərdarlıq edib. Rudaw TV-yə əsasən, bu xəbərdarlıq İranın Qərbində kürdlərin yaşadığı ərazilərdən cavabdeh olan İİK-nin “Həmzə” komandanlığı tərəfindən İraq Kürdüstanı və İranda fəaliyyət göstərən qruplara ünvanlanıb.
Televiziyanın verdiyi məlumata görə, komandanlığın bəyanatında deyilib:
“Ayrılıqçı elementlər tərəfindən ən kiçik bir hərəkət görüldüyü təqdirdə onların tam məhv edilməsi gündəmə qoyulacaq”.
Rudaw-ın mənbələri qeyd edir ki, bu regionun dağlıq ərazilərində onlarla kürd müxalifət silahlı təşkilatı yerləşib və onların sıralarında minlərlə döyüşçü var.
Televiziyanın məlumatına əsasən, 1 və 2 mart səhərlərində ABŞ və İsrail İranın kürdlərin yaşadığı qərb bölgələrində onlarca hədəfə, o cümlədən İİK-ə aid obyektlərə zərbələr endiriblər.







