BaşlıcaSiyasət

İran səfiri: “Biz ER-nın diversifikasiya yanaşmasına hörmət edirik. Güclü Ermənistan həm də İranın milli maraqlarının təmin edilməsinə kömək edir”

Ermənistanın xarici siyasəti diversifikasiya mərhələsindədir; ölkə xarici siyasətində diversifikasiya strategiyasını qəbul edib ki, bu da ölkənin suveren qərarıdır və rəsmi Tehran bu qərara hörmət edir.

 Bu barədə, martın 2-də, Ermənistanda İran İslam Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami mətbuat konfransında bildirib.

Səfir eyni zamanda vurğulayıb ki, erməni-iran dərin əməkdaşlıq və əsrlər boyu mövcud olan münasibətlər tələb edir ki, Ermənistan hansı xarici siyasət yürüdürsə yürüdünsə, İranla müxtəlif sahələrdə mövcud əməkdaşlıq davam etdirilsin.

“Biz əminik ki, həm hərbi, həm iqtisadi, həm də milli identitet baxımından güclü Ermənistanın mövcudluğu bu regionda həmçinin İranın milli arzularının, məqsədlərinin və hədəflərinin təmin olunmasına kömək edir.

İki ölkənin iqtisadi münasibətlərinə gəlincə, deyə bilərəm ki, hazırda hər şey problemsiz şəkildə irəliləyir və hələ heç bir çağırışla qarşılaşmamışıq.

 Elə bu gün Kapan şəhərində sərhəddə olan İranın Baş konsulu bizə təsdiqlədi ki, yük maşınları və malların hərəkəti normal şəkildə həyata keçirilir.

İran şirkətləri həmçinin Ermənistanın bir sıra mühüm infrastruktur layihələrində iştirak edirlər və ümid edirik ki, bu müharibənin nəticəsi olaraq Ermənistanla mövcud əməkdaşlıq çərçivələrimizə heç bir zərər dəyməyəcək” – deyərək səfir vurğulayıb.

Daha çox göstər
Back to top button