BaşlıcaTəhlil

Alen Simonyan əmindir ki, Ermənistanın dəmir yollarını idarə etmək hüququnu almaq perspektivində maraqlı olan ölkələr var

ER  Parlamentinin  sədri Alen Simonyan Ermənistan dəmir yolunun idarəetmə hüququnun Rusiyadan digər ölkələr tərəfindən alınması imkanına toxunub.

Alınan məlumata görə, Simonyan Parlamentdə jurnalistlərlə söhbəti zamanı bu mövzuya münasibət bildirib.

“Biz bu məsələni ilk növbədə Rusiya tərəfi ilə müzakirə edirik və mümkün qədər tez cavab gözləyirik. Əminəm ki, maraqlanan və Ermənistan dəmir yolunun idarəetmə hüququnu Rusiyadan almaq istəyən ölkələr var.

Mən müxtəlif ölkələrin səfirləri ilə görüşürəm və təbii ki, bu barədə maraq və müzakirələr mövcuddur. Başqa məsələ isə sonda hansı qərarın veriləcəyidir” – deyə Parlamentin sədri bildirib.

Simonyanın sözlərinə görə, Ermənistan dəmir yolunun idarəetməsinin Rusiyadan alınması ilə bağlı hələlik qərar yoxdur və danışıqlar davam edir.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da dəmir yolunun idarəetmə hüququnun üçüncü ölkə tərəfindən alınması imkanına toxunmuşdu.

Onun sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı hər hansı addım atmaq istəyi və niyyəti nə olub, nə də var.

“Amma hazırda Rusiya tərəfindən dəmir yolunun idarə olunması səbəbindən biz mövqelərimizin və rəqabət üstünlüyümüzün itirilməsi ilə üzləşirik.

Mənim təsəvvür etdiyim həll yolu ondan ibarətdir ki, həm Rusiya, həm də Ermənistanla dost münasibətləri olan bir ölkə Rusiyadan konsessiya əsasında idarəetmə hüququnu birbaşa alsın” – deyə Baş nazir bildirib.

Daha çox göstər
Back to top button