
ER XİN-in məlumatına görə, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ilə telefon danışığı aparıb.
Həmsöhbətlər humanitar məsələlər də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətə toxunublar.
Nazir Mirzoyan sülh gündəliyinin irəliləməsində ER-nin yanaşmalarını, Ermənistan və Azərbaycan arasında sülhün davamlı şəkildə möhkəmləndirilməsi üçün ER əhalisi arasında formalaşan dəstəyi vurğulayıb.
Ararat Mirzoyan və Kaya Kalas qarşıdan gələn tədbirlərin və səfərlərin həyata keçirilməsində, eləcə də ER-Aİ gündəliyinin irəliləməsində fəal iştirakı vurğulayıblar.







