Axios: “Tramp İraq kürd liderləri ilə “gizli” telefon danışığı aparıb”

ABŞ Prezidenti Donald Tramp İranla ABŞ-İsrail müharibəsini və mümkün gələcək addımları müzakirə etmək üçün İraq kürd liderləri ilə telefon danışığı aparıb.
Bu barədə danışıq barədə məlumatlı olan üç mənbə Axios-a bildirib.
Kürdlər İran-İraq sərhədi boyunca minlərlə hərbçi yerləşdirib və müharibə zamanı mühüm ola biləcək strateji ərazilərə nəzarət edirlər. İraq kürdlərinin həmçinin İranın kürd azlığı ilə sıx əlaqələri var.
İki mənbənin sözlərinə görə, Tramp şənbə günü bombardmanların başlamasından bir gün sonra İraqın iki əsas kürd qruplaşmasının liderləri – Məsud Bərzani və Bafel Tələbani ilə danışıb.
Danışıqlardan xəbərdar olan bir mənbə onları “məxvi” adlandırıb və təfərrüat verməkdən imtina edib.
Başqa bir mənbəyə görə, bu zənglər İsrailin Baş naziri Benyamin Netanyahunun aylarla apardığı kulis lobbiçiliyinin kulminasiya nöqtəsi olub.
İsrail onilliklərdir ki, Suriya, İraq və İran kürdləri ilə sıx təhlükəsizlik, hərbi və kəşfiyyat əlaqələri saxlayır. “Netanyahu hesab edir ki, kürdlər tezliklə kölgədən çıxacaq və üsyan edəcəklər” – deyə rəsmilərdən biri bildirib.







