BaşlıcaSiyasət

İranşünas:  “Şübhə yoxdur ki, müharibənin fonunda İranın parçalanması planı da kifayət qədər aktiv şəkildə irəli sürülür”

Bu günlərdə İran SEPAH-ının hərbi əməliyyatlar haqqında məlumatlarında diqqətçəkən bir hissə var idi:

 İraqın Şimalında terrorçu qruplaşmalara raket zərbələri endirilib. Bu barədə sosial şəbəkədəki səhifəsində İranşünas Vardan Voskanyan yazıb.

O, xüsusilə qeyd edib: “Birbaşa olaraq bunların konkret hansı qruplaşmalar olduğu göstərilməsə də, söhbətin hansısa kürd qüvvələrindən getdiyinə demək olar ki, şübhə yoxdur.

Müharibənin ilk günündən etibarən İrana qarşı zərbələrin nəzərəçarpacaq hissəsinin bu ölkənin “Qərb sərhədləri boyunca sərhəd məntəqələri və infrastrukturuna qarşı da cəmləşdiyi barədə məlumatlar var.

Dünən İranın devrilmiş şahının oğlu xüsusi müraciətlə İranın bütün Qərb sərhəd əyalətlərini və orada yaşayan iri kürd tayfa birliklərini sadalayaraq, onları üsyana çağırdı.

Bu çıxış o qədər qeyri-adi (odioz) idi ki, hətta onun, məcazi mənada desək, “asqırmasını” belə yayımlayan “Iran International” kanalı belə onu yaymaqdan çəkindi.

İnternetdə yayılan İranın “ərb kürd yaşayış ərazilərinin xəritəsi (yer adları kürdcə variantdadır), üzərində İsrail və Amerika zərbələrinin yerli İran sərhəd və hərbi infrastrukturuna endiyi göstərilən xəritə birbaşa danışandır.

Şübhə yoxdur ki, hərbi əməliyyatların fonunda İranın parçalanması planı da kifayət qədər aktiv şəkildə irəli sürülür.

Daha çox göstər
Back to top button