
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə AB tərəfindən Ermənistanda seçkilər ərəfəsində “Hibrid Sürətli Reaksiya Qrupunun” yerləşdirilməsinə cavab verib.
Onun sözlərinə görə, Ermənistana sürətli reaksiya qrupu göndərmək açıq-aydın moldova ssenarisidir.
“Digər ölkələrin təcrübəsi göstərir ki, AB ekspertlərinin seçkiqabağı mərhələdə cəlb olunması Ermənistanın suverenliyini möhkəmləndirəcəyi şübhəlidir.
Əksinə olacaq. Biz, əlbəttə, Ermənistan Ədliyyə nazirliyinin AB-dən dəvət olunmuş ekspertlərin işinin Rusiyaya qarşı yönəlməyəcəyi barədə şərhlərini də qeydə aldıq.
Bunu nəzərə alaraq, Erməni tərəfinin dəvəti olduğu təqdirdə, bu cür tapşırıqlarla qrupu ölkəyə göndərməyə hazırıq” – deyərək Zaxarova bildirib.







