BaşlıcaSiyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan İran ətrafında və Yaxın Şərqdə yaranmış gərginliyə, həmçinin bu fonda Ermənistan üçün mümkün risk və çağırışlara hökumətin necə reaksiya verdiyinə toxunub

Verilən məlumata görə, hökumət iclasından sonra jurnalistlərlə keçirilən brifinqdə Nikol Paşinyan regionda müharibə getdiyi halda “Ermənistan hakimiyyətinin peraşki  yeməklə məşğul olması” barədə səslənən tənqidlərə münasibət bildirib.

 O, qeyd edib ki, hələ 1–1,5 il əvvəl İran ətrafında və Yaxın Şərqdə vəziyyətin gərginləşə biləcəyini qiymətləndirərək, Ermənistan Təhlükəsizlik Şurasının koordinasiyası ilə işçi qrupu yaradılıb.

“Biz, əlbəttə, İranda və ümumiyyətlə regionda baş verənlərdən çox təəssüflənirik və bu, bizim üçün də çox ağrılıdır. Lakin qeyd etməliyik ki, təəssüf ki, bu vəziyyət yeni deyil.

Yəni beynəlxalq xəbərləri izləyənlər azı belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı narahatlıq duymalı idilər. Mən artıq demişəm ki, bu vəziyyətlə bağlı bizim işləyən bir işçi qrupumuz var.

Heç kim soruşmadı ki, Təhlükəsizlik Şurasının koordinasiyası ilə fəaliyyət göstərən həmin işçi qrupu nə vaxt yaradılıb.

O işçi qrupu təxminən 1–1,5 il əvvəl yaradılıb. Və həmin qrup bəzən gündəlik, bəzən saatlarla, bəzən isə aylıq rejimdə çalışıb.

Təsəvvür edin ki, 1 və ya bəlkə də 1,5 il əvvəl Baş nazirin qərarı ilə belə bir işçi qrupu yaradılıb. Mən “buna görə peraşki yeyirəm” deyəndə zarafat etmirəm, çünki bu vəziyyətlə bağlı görülməli olan tədbirləri biz çoxdan həyata keçirmişik” – deyə Baş nazir bildirib.

Baş nazir xatırladıb ki, İran ətrafında hərbi hadisələr 6 ay əvvəl də baş vermişdi və bundan sonra belə bir vəziyyətin təkrar baş verməyəcəyini demək mümkün deyildi.

“Yəni bizim institutlarımız bu məsələ üzərində daim işləyir və yaxşıdır ki, Baş nazir həmin gün səhər tezdən tələsik qərarlar vermək məcburiyyətində qalmır.

 Çünki mövcud vəziyyətdən irəli gələn qərarlar institusional olaraq 1–1,5 il əvvəl qəbul edilib. Bunu ona görə deyirəm ki, Ermənistan hökumətinin laqeyd olduğu barədə təəssürat yaranmasın.

Xeyr, digərləri laqeyd olduğu vaxt Ermənistan hökuməti öz fəaliyyətini təşkil edir və qərarlarını qəbul edirdi” – deyərək Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button