BaşlıcaSiyasət

Sosi Tatikyan:  “İranda müharibə sübut edir ki, öz ərazində xarici hərbi bazaya sahib olmaq nə qədər təhlükəlidir”

Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yerevan Mərkəzinin həmtəsisçisi və direktoru Sosi Tatikyan Factor TV-yə müsahibəsində İran ətrafında yaranmış hərbi-siyasi vəziyyətə toxunub, ABŞ və İsrailin real məqsədlərini, Ermənistan üçün mümkün riskləri və təhlükəsizlik düsturunu təhlil edib.

ABŞ və İsrailin məqsədinin İranda rejim dəyişikliyi olduğu müşahidəsinə toxunan Tatikyan bununla razılaşmadı.

 “İcazə verin, sizinlə bir qədər razılaşmayım. Mən Tramp və İsrailin əsl məqsədinin rejim dəyişikliyi olduğu fikrində deyiləm.

Əsas məqsəd nüvə silahı yaratmaq proqramını məhv etmək, ballistik raketləri məhv etmək və donanmanı məhv etməkdir, necə ki, bu günlərdə Ağ Evin dərc etdiyi mesajda qeyd edilib”.

Onun sözlərinə görə, rejim dəyişikliyi ABŞ-ın qəbul etdiyi yeni strategiyaya zidd olardı. Tatikyan vurğuladı ki, İranda bir nəfərin ətrafında yaradılmış avtoritar rejim deyil, institutsionallaşmış dini dövlət quruluşu mövcuddur.

 “Nəticə etibarilə, əminliklə demək olar ki, Xameneyini başqası əvəz edəcəkdi. Lakin onlar bu, ekspertlər şurası deyilən binanı bombaladılar.

Bu, yeni ruhani liderin seçilməli olduğu qurumdur və bununla onlar qərar qəbul etmə institutunu və mexanizmini sabotaj etməyə çalışırlar” – deyərək o, qeyd etdi.

İranın zərbələrindən danışan ekspert xarici hərbi bazaların mövcudluğunun ölkələri hədəfə çevirdiyini vurğuladı: “Bu hadisələr göstərir ki, öz ölkəsinin suveren ərazisində hər hansı bir hərbi bazaya sahib olmaq nə qədər təhlükəlidir.

Diqqət etsək, İran qonşularından yalnız Türkiyəyə, Azərbaycana və bizə zərbə endirməyib”. O, bu hadisəni aşağıdakı amillərlə izah etdi:

 “Düşünürəm ki, Türkiyəyə sadəcə qorxur, çünki Türkiyə NATO üzvüdür və əgər İran Türkiyə ərazisinə zərbə endirsə, bu, NATO-ya müharibə elan etmək mənasına gələrdi.

 Ermənistana gəldikdə isə, əlbəttə ki, indiki şəraitdə İranın bizə zərbə endirməsi qəribə olardı, bunun səbəbini tapmaq, düşünürəm ki, qeyri-mümkün olardı”.

Tatikyanın fikrincə, mövcud mürəkkəb geosiyasi vəziyyətdə Ermənistan sağ qalmağın yeganə mümkün, riskli olsa da, düsturunu qəbul edib.

 “Hazırda düşünürəm ki, Ermənistan təhlükəsizliyin çox riskli, çox çətin, amma yəqin ki, mövcud vəziyyətdə yeganə rasional formulunu, düsturunu tapıb.

Bu, müxtəlif ölkələrlə strateji əməkdaşlıqlar yaratmaq və bu cür gərginliklər və münaqişələr zamanı neytrallığı qorumaqdır”. Lakin o xəbərdarlıq etdi ki, bu siyasət də təhlükələrdən uzaq deyil:

“Bunun da çox böyük riskləri var və deyə bilərəm ki, hazırda bu, mənim müntəzəm olan gecələr yuxuya getməyimə mane olan bir şeydir, ona görə ki, əgər biz əvvəllər daim Qərblə Rusiya, Qərblə İran arasında seçim etməli idiksə, indi bu çoxvektorlu dünya şəraitində hər şey daha da mürəkkəbləşib və istisna deyil ki, elə bir nöqtə gəlsin ki, Ermənistan üçün bu neytrallığı qorumaq çox çətin olsun”.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button