İranla müharibə kontekstində indi demək olar ki, hamının diqqəti hərbi əməliyyatlara yönəlib. Bu barədə İranşünas Vardan Voskanian sosial şəbəkədəki səhifəsində yazıb.
O, xüsusilə qeyd edib:
“Az adam diqqət yetirir ki, İranın dövlət sistemində hətta birinci şəxsin öldürülməsindən sonra və ağır müharibə şəraitində belə mülki idarəetmə strukturları nə qədər təşkilatlanmış və uzlaşmış şəkildə işləyir.
Düşünürəm ki, bu, İrana hücum edənlər üçün də gözlənilməz oldu, çünki bundan əvvəl İraq, Liviya və Suriyanın dövlət sisteminin dağıdılması “təcrübəsi” İran halında işləmir.
Obrazlı şəkildə desək, İranla, məsələn, Səddam dövrünün İraqı arasındakı fərq təkcə bir hərfdə deyil, həm də dövlətçiliyin o dərin tarixi ənənəsindədir ki, bu ənənə yalnız bir nəfərin çox güclü hakimiyyətini deyil, həm də belə hakimiyyət şəraitində güclü dövlət institutlarının mövcudluğunu nəzərdə tutur və məhz onlar ağır böhran şəraitində belə dövlətin düzgün idarə olunmasını təmin edir”.







