BaşlıcaMədəniyyət

“Azərbaycanın 7, Türkiyənin isə 13.441 vətəndaşı turist kimi Ermənistana səfər edib”

2025-ci ilin yanvar-dekabr aylarında Ermənistana 2 milyon 263 min 642 turist gəlib, 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 milyon 208 min 179 idi.

Bu barədə jurnalist Ermənistan Respublikasının Statistika Komitəsinə istinadən məlumat alır.

Eyni mənbəyə görə, 2025-ci ilin göstərilən dövründə Ermənistana 7 azərbaycanlı və 13.441 türk turist gəlib.

Maraqlıdır ki, Ermənistan İrandan 182.364 və Rusiyadan 921.704 turist üçün cəlbedici istiqamət olub.

Gürcüstandan da Ermənistana turistlərin səfəri çox olub. Gürcüstandan Ermənistana 288.578 turist gəlib.

Daha çox göstər
Back to top button