
Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) başqa ölkədə Ermənistan Respublikası vətəndaşlarına qarşı göstərilən təzyiqlər və gözlənilən seçki proseslərinə müdaxilə ilə bağlı bəyanat yayıb.
İstisna qaydasında verilmiş bəyanat tam şəkildə aşağıdadır:
“Xarici kəşfiyyat xidməti kəşfiyyat məlumatları əldə edir ki, başqa bir ölkədə, həmin ölkənin xüsusi xidmət orqanlarının adından çıxış edərək, müxtəlif iştirakçılar erməni əsilli və Ermənistan Respublikası vətəndaşı olan, həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə qarşı təzyiq göstərməyə çalışırlar.
Onları Ermənistanda gözlənilən parlament seçkilərində iştirak üçün müraciət etmiş bəzi siyasi qüvvələrə dəstək vermək məqsədilə hərəkətlər etməyə sövq edirlər.
Lakin bu hərəkətlər bununla məhdudlaşmır, qeyd olunan siyasi qüvvələrə həmin sahibkarlar tərəfindən maliyyə və təşkilati xarakterli dəstək göstərilməsylə gözə çarpır”.







