
Martın 10-da Parisdə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Tomas Dinano ilə görüşüb
Həmsöhbətlər Ermənistan-ABŞ strateji tərəfdaşlığının müxtəlif istiqamətlərdə dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan və Tomas Dinano Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatmasını məmnuniyyətlə qeyd ediblər. Müvafiq formatda saziş imzalamağa və bu sahədə gələcək əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar







