
Bir sıra ictimai xadimlər və media orqanları 2025-ci il ərzində Azərbaycan Ordusunun Ermənistanın suveren ərazisində yeni mövqelər yerləşdirdiyi barədə uydurma və reallığa uyğun olmayan məlumatlar yayır.
Bu barədə sosial şəbəkələrdə yerləşdirilən videoda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bəyanat vermişdir.
“Bu yayılan saxta məlumatlar Google Earth proqramının peyk şəkilləri ilə təsdiqlənməyə çalışılır ki, bunların da reallıqla əlaqəsi çox zəifdir.
Üstəlik, şəkillərdə göstərilən sərhəd xəttinin heç bir hüquqi əsası yoxdur. Bu barədə Google Earth-in özü də məlumat verir.
Azərbaycan Ordusunun mövqeləri Ermənistanın dövlət sərhədini keçmir və Azərbaycan Respublikasının ərazisində yerləşir” – deyə o, qeyd etmişdir.







