BaşlıcaBeynəlxalq

Nikol Paşinyan Emmanuel Makronla görüşüb

Fransada işgüzar səfərdə olan ER  Baş naziri Nikol Paşinyan ölkənin Prezidenti Emmanuel Makronla görüşüb. Alınan məlumata görə, Baş nazir bu barədə Facebook səhifəsində video yayımlayıb.

Baş nazir Nikol Paşinyan Fransada işgüzar səfərdədir. Martın 10-da Parisdə Baş nazir Nüvə Enerjisi Zirvəsində iştirak edib. Martın 11-də isə Baş nazir Strasburga səfər edəcək.

Avropa Parlamentində Nikol Paşinyan çıxış edəcək. Səfər çərçivəsində Baş nazirin Avropa Parlamentinin sədri Roberta Metsola ilə də görüşü olacaq.

Daha çox göstər
Back to top button