BaşlıcaSiyasət

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına şübhəm yoxdur: Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına şübhə etmir.

Armenpress-in məlumatına görə, Baş nazir bunu hökumət iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Şübhəm yoxdur ki, sülh müqaviləsi imzalanacaq. Onun nə vaxt imzalanacağı ikinci dərəcəli məsələdir, amma imzalanacaq”, – deyə Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycanın mövqelərinin üst-üstə düşməsi indi daha aydın görünür, hətta sülh müqaviləsinin paraflanması şəraitində belə, sülh bərqərar olub.

“İndi biz sülhün möhkəmləndirilməsi barədə danışırıq. Bu baxımdan həm Ermənistanda, həm də Azərbaycanda daxili siyasi proseslər də vacibdir. Çünki Ermənistanda, güman edirəm ki, Azərbaycanda da (düzünü desəm, mən Azərbaycanın daxili siyasi prosesləri ilə çox tanış deyiləm) sülhdən o qədər də məmnun olmayan qüvvələr var. Biz, Ermənistan Respublikasının vətəndaşları, bərqərar olmuş sülhü müdafiə etməliyik və onu dönməz hala gətirməliyik”, – deyə baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button