“Voske Tsiran” festivalı Dünya Film Prodüserləri Assosiasiyaları Federasiyasının (FIAPF) şəbəkəsinə daxil edilib

Beynəlxalq film festivallarının fəaliyyətini tənzimləyən və tanıyan aparıcı qlobal təşkilat olan Dünya Film Prodüserləri Assosiasiyaları Federasiyası (FIAPF) rəsmi olaraq elan edib ki, dünyada keçirilən 5000-dən çox film festivalı arasında FIAPF tərəfindən tanınan cəmi 50 festivaldan biri də Yerevan Beynəlxalq Film Festivalı “Voske Tsiran” (“Qızıl Ərik”) olub.
Alınan məlumata görə, “Voske Tsiran” ofisindən bildirilib ki, 1933-cü ildə yaradılmış FIAPF-in akkreditasiyası yalnız beynəlxalq yüksək standartlara cavab verən festivallara verilir.
Bu standartlara proqram siyasəti, kino sənayesi ilə əməkdaşlıq, təşkilati şəffaflıq və beynəlxalq tərəfdaşlıq sahələrində uyğunluq daxildir.
“Voske Tsiran”ın bu şəbəkəyə daxil edilməsi, festivalın Avropa və Qərbi Asiya arasında auteur kinosu üzrə regional dialoqun vacib platforması kimi artan rolunu təsdiq edir.
“Voske Tsiran” – auteur kinosunu dəstəkləmək, yeni yaradıcı səsləri kəşf etmək və kinonun vasitəsilə mədəni dialoqu təşviq etməkçün öz missiyasını davam etdirəcək.







