
2025-ci il ərzində Ermənistanda istehsal olunan elektrik enerjisinin 14%-i günəş elektrik stansiyalarının payına düşür. Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan Facebook səhifəsində paylaşdığı videoda bildirib.
Nazir qeyd edib:
“Hazırda Ermənistanın enerji sisteminə ümumi gücü 1150 meqavatdan artıq olan günəş elektrik stansiyaları qoşulub. Bu göstərici 2030-cu il üçün nəzərdə tutulan hədəfdən təxminən 150 meqavat çoxdur və bu rəqəm davamlı şəkildə artır.
2024-cü illə müqayisədə artım 45 faizdən çox olub.
Bu göstəricinin böyüklüyünü təsəvvür etmək üçün qeyd edim ki, ötən il ölkədə istehsal olunan ümumi elektrik enerjisinin təxminən 14 faizi günəş stansiyaları vasitəsilə əldə olunub”.







