BaşlıcaSiyasət

Maragos: ER-AB əməkdaşlığı üçün strateji gündəm son dərəcə iddialı prioritetlər müəyyən edir

Ermənistan-Avropa Birliyi qarşılıqlı fəaliyyətinin özəyində strateji gündəlik dayanır.

Bu sənədlə bir sıra mühüm istiqamətlər üzrə olduqca iddialı prioritetlər dəqiq müəyyən edilib ki, onlar da gələcək illərdə əməkdaşlığa istiqamət verəcək.

Alınan məlumatına görə, bu fikri İctimai Sektor İnnovasiyası üzrə 3-cü Yerevan Beynəlxalq Konfransı zamanı Ermənistanda AB nümayəndəliyinin rəhbəri Vasilis Maragos bildirib.

“Dövlət sektorunda islahatlara, o cümlədən səmərəli, yaxşı idarəçiliyə dəstək vermək AB-nin ən mühüm öhdəliklərindən biridir.

Demokratik cəmiyyətlərdə yazılı və yazılmamış qaydalar, vətəndaşlarla dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin qanunvericilik prosedurları mövcuddur ki, onlara əsasən dövlətlər təhlükəsizlik təminatı vermək, vətəndaşların əsas azadlıqlarını qorumaq, cəmiyyətlərin inkişaf edə bilməsi üçün elə xidmətlər göstərmək öhdəliyi götürürlər”- deyə Maragos qeyd edib.

Onun müşahidəsinə görə, bu da öz növbəsində innovasiya sahəsində çalışanlara sırf dayanıqlılığın təmin edilməsi baxımından fayda gətirir.

Maragosun qənaətincə, cəmiyyətin inkişafının ilkin şərti sülh və təhlükəsizlikdir. Bu dəyərlər bugünkü dünyada son dərəcə vacib hala gəlib.

“Biz Ermənistanda əhəmiyyətli inkişafın şahidi olmuşuq. Ötən ilin avqustunda Ağ Evdə keçirilən konfrans bu prosesə böyük töhfə verib.

AB də regionda sülhün və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasına, xüsusilə diplomatik işə, həmçinin Ermənistanda AB müşahidə missiyasının mövcudluğuna önəm verərək dəstək olur.

Ermənistanın təşəbbüsü olan “Sülhün kəsişməsi” layihəsi, kommunikasiya çərçivələrinin genişləndirilməsi baxımından sülhün institutsionallaşdırılması münasibətlərin inkişafına, onların səviyyəsinin daha da yüksəldilməsinə töhfə verir.

 Münaqişənin olmaması və Orta Dəhlizin mövcudluğu Ermənistana dövlət qurumlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində daha böyük öhdəliklə işləməyə imkan verəcək” – deyə Maragos əlavə edərək, AB-nin Ermənistana dəstəyi davam etdirəcəyini bildirib.

Maragos çıxışında ötən ilin dekabrında imzalanmış və Aİ-Ermənistan qarşılıqlı fəaliyyətinin özəyində duran strateji əməkdaşlıq gündəliyinə diqqət çəkib.

Onun sözlərinə görə, bu gündəliklə bir sıra mühüm istiqamətlər üzrə olduqca iddialı prioritetlər dəqiq müəyyən edilib ki, onlar da gələcək illərdə əməkdaşlığa istiqamət verəcək.

Bu isə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin potensialından tam istifadə etməyə imkan verəcək.

Bunun sayəsində Ermənistan daha təhlükəsiz olacaq, gələcək xarici sarsıntılara uğurla tab gətirəcək, eyni zamanda vətəndaşlar üçün layiqli nəticələr təmin edəcək.

“Biz birgə gündəliyi həyata keçirmək üçün əlavə imkanlar yaratmaq məqsədilə əməkdaşlıq etməliyik.

 Əməkdaşlıq təkcə layihələrin həyata keçirilməsinə deyil, həm də mexanizmlərin möhkəmləndirilməsinə və onların fəaliyyətinin proqnozlaşdırıla bilməsinin təşviqinə yönəlib.

 Bu mənada sistemli transformasiyalar həm də innovativ həllərə əsaslanır. Biz Ermənistanda dövlət idarəçiliyi islahatlarını bir sıra alətlərlə dəstəkləmişik.

Xüsusilə “SİQMA” proqramını vurğulamaq istərdim. Qarşılıqlı fəaliyyət vasitəsilə biz Ermənistana şəffaf, hesabatlı və səmərəli dövlət qurumları yaratmağa kömək edəcəyik” – deyə AB nümayəndəliyinin rəhbəri bildirib.

O, bu yaxınlarda Ermənistanın xüsusilə dövlət idarəçiliyi prinsiplərinin həyata keçirilməsi baxımından performansı barədə hesabat dərc etdiklərini bildirib. Hesabrat dövlət qurumlarında islahatların aparılması yolunda kifayət qədər keyfiyyətli sənəddir.

“Ermənistan, ümumilikdə, dövlət idarəetmə sisteminin funksionallığı baxımından irəliləyiş təmin edib. Dövlət maliyyəsinin idarə edilməsi və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə olunub.

Ermənistanın nazirlikləri və aidiyyəti qurumları ilə əməkdaşlığımızın bütün istiqamətlərində diqqəti institusional potensialın inkişafına və innovasiyaya yönəldirik.

Çox vaxt rəqabət elementini təmin etmək üçün özəl sektoru nəzərə alırıq, lakin xüsusilə dövlət idarəçiliyi sahəsində innovasiya həyati əhəmiyyət kəsb edir – sırf demokratiya baxımından zəruri olan vətəndaş mərkəzli çevik sistemə malik olmaq baxımından” – deyə Maragos qeyd edib.

O, əlavə edib ki, iqtisadi rəqabət qabiliyyətini artırmaq və ixrac imkanlarını inkişaf etdirmək məqsədilə AB Ermənistanla sıx işləyir.

Vacib istiqamətlərdən biri də sosial xidmətlər və səhiyyədir ki, onların inkişafı xüsusilə Avropa dayanıqlılıq modeli nümunəsində üstünlük təşkil edir.

Maragosun fikrincə, dövlət idarəetmə sistemində islahatlar yerli özünüidarə orqanlarında islahatlarla paralel aparılmalıdır, çünki icmalar əsas hərəkətverici qüvvələrdir.

“Bu baxımdan da birgə layihələr həyata keçirilir, məsələn, “İqtisadi İnkişaf naminə İcma Rəhbərləri” proqramı və “Yaşıl Yerevan” təşəbbüsü kimi.

Təkcə infrastrukturun inkişafı üçün deyil, yeni imkanlar yaratmaqla investisiyaların həcmini genişləndirmək zəruridir. Söhbət həmçinin energetika, rəqəmsal kommunikasiyadan gedir.

 Bu sahələrdə AB əməkdaşlığın genişləndirilməsi zərurətini görür. Aİ bütün sahələrdə Ermənistanın tərəfdaşı olmağa davam edəcək, dayanıqlı inkişafa töhfə verəcək” – deyə Ermənistanda AB nümayəndəliyinin rəhbəri yekunlaşdırıb.

Daha çox göstər
Back to top button