BaşlıcaSiyasət

ER Baş naziri Nikol Paşinyanın sözlərinə görə, hökumət Azərbaycanla qurulmuş sülhü zəiflədəcək qərarlar qəbul edə bilməz

Alınan məlumata görə , Nikol Paşinyan bu barədə “İnklüziv inkişaf: nailiyyətlər və görüləcək işlər” adlı konfrans zamanı, Qarabağdan köçürülmüş şəxslərin problemlərinin həllinə toxunarkən bildirib.

 “Biz Azərbaycanla qurulmuş sülhü sarsıdacaq, dağıdacaq, bizi yenidən münaqişə məntiqinə qaytaracaq qərarlar qəbul edə bilmərik”- deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, Qarabağdan köçürülmüş şəxslərin Ermənistan Respublikası timsalında öz dövləti var.

“Gərək köçkünlük və sərgərdanlıq başa çatsın. Bizim bütün strategiyamız onun üzərində qurulub ki, siz həm fiziki, həm də psixoloji mənada Ermənistan Respublikasında məskunlaşasınız və biz bu dövləti, hansı ki, erməni xalqı üçün böyük xoşbəxtlikdir, birlikdə daha firavan, daha təhlükəsiz edək və nəhayət, sağ qalma məntiqindən çıxaraq firavanlıq, inkişaf və sülh məntiqinə keçək”– deyərək Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button