
Ermənistanda 2025-ci ildə yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 10 min 778 olub.
Bunu Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan Parlamentin İqtisadi Məsələlər Komitəsinin iclasında hökumətin 2021-2026-cı illər proqramının 2025-ci il üçün icrası hesabatı zamanı bildirib.
“Vergi Xidmətinin tərəfdaşları tərəfindən təqdim olunan məlumatlara görə, 2025-ci ildə yüksək texnologiyalar sahəsində 10 min 778 şirkət fəaliyyət göstərib ki, bu da 2024-cü ilin dekabr ayında qeydə alınmış 8 min 72 şirkətlə müqayisədə artım deməkdir. 2025-ci ildə bu sahənin dövriyyəsi təxminən 1 trilyon 207 milyon dram, 2024-cü ildə isə təxminən 942 milyard dram olub” – deyərək Hayrapetyan qeyd edib.







