BaşlıcaSiyasət

Vəkilin Azərbaycan ombudsmanına müraciəti “Qaytarılmış məhbusların vəziyyəti orada qalanlar barədə narahatlıq yaradır”

Argentinalı erməni vəkil, SOAR şirkətinin Buenos-Ayres filialının rəhbəsi Lusiana Minasyan Azərbaycanın ombudsmanı Səbinə Əliyevaya təcili müraciət ünvanlayıb.

SOAR-ın Buenos-Ayresdə yaydığı məlumatda xüsusilə qeyd olunur ki, 2026-cı il martın 13-də Ruben Vardanyan ombudsman Əliyeva ilə əlaqə yaratmağa cəhd edib, bunun üçün yeganə əlçatan üsuldan – ailəsi ilə telefon danışığından istifadə edib, lakin o, müraciətini bitirməmiş danışıq kəsilib.

“Qərar elan olunmasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, erməni məhbusların heç biri öz məhkəmə qərarının rəsmi surətini heç bir dildə almayıb.

Onlar öz məhkum olunmalarının hüquqi əsaslarından, habelə hara və nə vaxt köçürülə biləcəkləri barədə məlumatlı deyillər. Biz saxlanma şəraitindən dərin narahatıq.

2026-cı ilin yanvarında azad edilmiş məhbusların fiziki və psixoloji vəziyyəti həbsdə qalanların vəziyyəti barədə ciddi narahatlıq doğurur” – deyə məlumatda bildirilir.

Bundan başqa, məhbuslar və onların ailələri arasında əlaqə ciddi şəkildə məhdudlaşdırılıb, nadir və qısa zənglərə endirilib. Ailələr, hətta bu minimal əlaqənin də tezliklə tamamilə kəsilə biləcəyi qorxusu yaşayırlar.

“İnsan Hüquqları üzrə Müvəkkil olaraq, xanım Əliyeva həm səlahiyyətə, həm də fəaliyyət göstərmək məsuliyyətinə malikdir.

Biz rəsmi olaraq on beş gün ərzində məzmunlu yazılı cavab almağı tələb etdik və təcili narahatlıqları təsvir edən ətraflı məktub təqdim etdik”.

Lusiana Minasyan Səbinə Əliyevaya ünvanlanmış məktubu da əlavə edib, orada dəqiq tələblər qeyd olunur:

“SOAR rəsmi olaraq xahiş edir ki, sizin ofisiniz:

Bütün erməni məhbuslara öz məhkəmə qərarının rəsmi mətninin onlar üçün anlaşılan dildə dərhal təqdim edilməsini təmin etsin;

Məhbusların və onların ailələrinin köçürülmə ilə bağlı istənilən qərardan – o cümlədən təyinat müəssisəsi və köçürülmə tarixi barədə vaxtında məlumatlandırılmasını təmin etsin;

Saxlanma şəraitinin və qalan hər bir məhbusun fiziki və psixoloji vəziyyətinin müstəqil qiymətləndirilməsinə köməklik göstərsin;

Müntəzəm ailə əlaqəsinin, o cümlədən telefon rabitəsinin məhdudiyyət və ya maneələr olmadan davam etdirilməsinə zəmanət versin;

Bu məktubun alındığını təsdiq etsin və on beş gün ərzində məzmunlu yazılı cavab təmin etsin.

Şəffaflıq, məlumat əldə etmək imkanı və insanın əsas ləyaqətinin qorunması qeyri-müəyyən müddətə təxirə salına bilməz.

 Adından yazdığım məhbuslar Azərbaycan qanunvericiliyi və beynəlxalq insan hüquqları standartları ilə müəyyən edilmiş bütün hüquqlarının tam müdafiəsinə malik olan insanlardır.

Sizin ofisinizi bu vəziyyətin qaçılmaz olaraq tələb etdiyi təciliyyətlə fəaliyyət göstərməyə çağırıram”.

Daha çox göstər
Back to top button