BaşlıcaSiyasət

Paşinyan: “Azərbaycanda azadlıqdan məhrum olanların geri qaytarılması sülh olduğu halda mümkündür”

Azərbaycanda azadlıqdan məhrum olan şəxslərin geri qaytarılması sülh olduğu halda mümkündür. Alınan məlumata görə, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu fikri Hrazdanda itkin düşmüş  hərbiçinin valideyni ilə söhbəti zamanı bildirib.

“Azadlıqdan məhrum olan şəxslərin geri qaytarılması müharibə halında yox, sülh olduğu halda mümkündür, çünki müharibə halında geri qaytarılma olmayacaq.

 Geri qaytarılma imkanı verən məhz sülhdür. Qayıdanların hamısı sülh gündəliyi sayəsində qayıdıblar, əgər o olmasaydı, qayıtmayacaqdılar.

Əgər düşmənçilik davam edib, dərinləşirsə, niyə qaytarsınlar? Ya mübadilə olub, ya da sülh gündəliyi çərçivəsində geri qaytarılma baş verib.

Demək istəyirəm ki, sülh buna mane olmur, əksinə kömək edir. Biz mühiti dəyişməliyik, işgüzar mühit yaratmalıyıq ki, informasiya mübadiləsi edə bilək” – deyə Baş nazir izah edib və əmin edib ki, Azərbaycanda azadlıqdan məhrum olan şəxslər barədə məlumat əldə etmək və onların geri qaytarılması istiqamətində hər gün iş aparılır.

Daha çox göstər
Back to top button