
Araşdırmalar göstərir ki, Facebook, Instagram və digər platformalarda reklama ən çox pulu müxalif qüvvələr xərcləyir.
Təkcə son 90 gün ərzində Ermənistanda siyasi, sosial və seçki reklamlarına ümumilikdə 122 min 839 dollar xərclənib.
Samvel Karapetyan və onun rəhbərlik etdiyi qüvvə Meta platformasında reklama ümumilikdə 89 min dollar xərcləyərək, erməni siyasi qüvvələri arasında ən yüksək göstəricini qeydə alıb.
Məsələn, süni intellekt vasitəsilə hazırlanmış Samvel Karapetyanın videomüraciətinin reklamına 1500 dollar xərclənib.
Karapetyandan sonra Arman Tatoyanın rəhbərlik etdiyi qüvvə və “Hayakve” gəlir.
Bu kontekstdə Baş nazirin açıqladığı məlumat da diqqət çəkir: heç bir reklam istifadə etmədən Paşinyanın Facebook və Instagram səhifələri birlikdə 19 mart tarixinə olan məlumata görə 148 milyon 800 min baxış toplayıb.







