BaşlıcaSiyasət

Ermənistan Avropa Sülh Fondundan üçüncü dəfə dəstək almaq üçün AB-nə müraciət edib

Ermənistan Respublikası Avropa Birliyinə müraciət edərək Avropa Sülh Fondundan üçüncü dəfə dəstək almaq istəyib.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici əlaqələr komissiyasının iclası zamanı bildirib.

“Ermənistan Respublikası Avropa Sülh Fondundan ikinci dəstəyi artıq alıb. Biz artıq üçüncü dəstək üçün müraciət etmişik” – deyə Mirzoyan qeyd edib.

Ermənistan Avropa Sülh Fondundan ilk dəstəyi 2024-cü ilin iyul ayında, 10 milyon avro məbləğində alıb.

Bu dəstəyin məqsədi sahə modul tipli düşərgənin yaradılması idi ki, bu da bir tibbi yardım ambulatoriyasını, həmçinin müvafiq xidmət və imkanları əhatə edirdi.

İkinci dəstək isə 20 milyon avro məbləğində olub və Ermənistan onu 2026-cı ilin yanvar ayında alıb.

Daha çox göstər
Back to top button