Başlıcaİctimaiyyət

2025-ci ildə Ermənistan və Azərbaycanın neçə vətəndaşı işləmək üçün Ukraynaya gedib?

Ukraynanın “Teleqraf” portalının verdiyi məlumata görə, 2025-ci ildə Ukraynada ən çox əmək müqaviləsi bu ölkələrdən gələn mühacirlərlə bağlanıb.

 Türkiyə (1404), Hindistan (946), Özbəkistan (936), Azərbaycan (605), Banqladeş (599) və Çin (518).

Digər ölkələrdən gedən n işçilərin sayı isə aşağıdakı kimidir:

Pakistan: 375

Kolumbiya: 335

Böyük Britaniya: 310

ABŞ: 247

Moldova: 247

Ermənistan: 232

Nepal: 219

Almaniya: 175

Fransa: 164

Qeyd olunur ki, Ukraynada işçi qüvvəsi çatışmazlığı var. Ekspertlər vurğulayırlar ki, demoqrafik problemləri həll etmək üçün hər il xaricdən yüz minlərlə işçi cəlb edilməlidir.

Lakin əcnəbilər hələ ki Ukraynaya getməyə tələsmirlər.

İqtisadi Müzakirələr Klubunun üzvü Oleq Pendzin əmindir ki, Ukraynanın 5 milyon işçi qüvvəsinə ehtiyacı var.

Bu, ildə təxminən 450 mindən 500 minə qədər əmək mühaciri deməkdir.

Onların Yaxın Şərq, Cənub-Şərqi Asiya və Banqladeş ölkələrindən gələcəyi gözlənilir.

Ekspertin fikrincə, mühacirlərin bu sayda axını müharibədən sonrakı bərpa dövründə reallığa çevrilə bilər.

Daha çox göstər
Back to top button