
Ermənistanda ixrac və idxal əməliyyatları ilə bağlı əsas funksiyaları birləşdirəcək xarici iqtisadi fəaliyyət mərkəzi yaradılacaq.
Bu barədə Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan 24 mart Parlamentin iclasında Ermənistanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Yerevan Gömrük və Logistika Mərkəzi” layihəsi üzrə qrant müqaviləsinin təsdiqlənməsi məsələsinin müzakirəsi zamanı bildirib.
Mərkəzin yaradılmasının məqsədi bütün prosedurları vahid platformada mərkəzləşdirməkdir. Hakimiyyət orqanlarının məlumatına görə, bu, inzibatçılığın səmərəliliyini artırmağa, müddəti azaltmağa və xarici iqtisadi fəaliyyət üçün şərtləri sadələşdirməyə imkan verəcək.
Proqramın həyata keçirilməsi gömrük infrastrukturunun məhsuldarlığını və səmərəliliyini artırmaqla yanaşı, Ermənistanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirməyə yönəlib.
Proqramın Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı ilə 39 milyon avro kredit, eləcə də dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır.
39 milyon avro məbləğində vəsait iki tranşla təmin ediləcək: 30 milyon avro və 9 milyon avro.
Kredit və qrant müqavilələrində nəzərdə tutulan maliyyələşdirməyə hökumət tərəfindən təmin edilən 9 milyon avro məbləğində birgə maliyyələşdirmə daxil deyil.







