
Son 30 il ərzində Ermənistanda əmək məhsuldarlığı saatda 5,6 dollara qədər yüksəlmişdi. Lakin son səkkiz il ərzində bu göstərici ikiqat artaraq saatda 11,7 dollara çatıb.
Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan Parlamentin Əmək və sosial məsələlər daimi komissiyasının iclasında bildirib.
Nazirin sözlərinə görə, Ermənistan mənşəli malların ixrac həcmi 2017-ci ildə 2 milyard dollar təşkil edirdisə, 2025-ci ilin sonuna qədər (qızıl, smartfon, televizor və s. təkrar ixracı istisna olmaqla) bu rəqəm 2,2 dəfə artaraq 4,46 milyard dollara çatacaq.
“Yalnız son bir il ərzində artım təxminən 400 milyon dollar təşkil edib” — deyə Papoyan qeyd edib.
Hökumət nümayəndəsi vurğulayıb ki, dövlət siyasəti məhsuldarlığın artırılmasında mühüm rol oynayıb. O, xüsusilə iqtisadi modernləşdirmə proqramını misal çəkib.
Bu proqram çərçivəsində istehsalat müəssisələri son dörd il ərzində ümumi dəyəri 1,5 milyard dollar olan yeni avadanlıqlar əldə ediblər.







