BaşlıcaEkonomika

Mülki Aviasiya Komitəsi: “ER heç bir ölkənin, o cümlədən Azərbaycanın mülki təyyarələri üçün Ermənistanın hava məkanından istifadəyə heç bir qadağa qoymayıb”

Son dövrlərdə Ermənistan Respublikasının hava məkanından istifadə və Ermənistan hava məkanı üzərindən tranzit uçuşların həyata keçirilməsi ilə bağlı əsassız iddialar və dezinformasiyaların yayılması nəzərə alınaraq, Mülki Aviasiya Komitəsi hava məkanından istifadənin və beynəlxalq tranzit uçuşların hansı prinsip və qaydalarla tənzimləndiyini açıqlayır.

“Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 9-cu maddəsinin b bəndinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) heç bir üzv dövləti öz hava məkanından istifadə ilə bağlı ayrı-seçkilik tətbiq edə bilməz.

 Bu prinsipə uyğun olaraq, Ermənistan Respublikası heç bir ölkə üçün, o cümlədən Azərbaycan mülki təyyarələri üçün Ermənistan Respublikasının hava məkanından istifadəyə heç bir qadağa tətbiq etməyib.

Ermənistan Respublikasının qanunvericiliyinə, həmçinin beynəlxalq qəbul olunmuş prosedurlara əsasən, Ermənistan Respublikasının hava məkanı üzərindən həyata keçirilən hər bir beynəlxalq kommersiya tranzit uçuşu aviaşirkət tərəfindən təqdim olunan uçuş planına uyğun icra olunur və ICAO-ya üzv dövlətlər arasında bunun üçün əlavə razılaşmaya ehtiyac yoxdur.

Ermənistan Respublikasının hava məkanından istifadəyə hər hansı məhdudiyyət tətbiq olunduğu halda, bu barədə məlumat müəyyən edilmiş bildirişlər (NOTAM) vasitəsilə dərc olunur.

Ermənistan Respublikasının hava məkanı üzərindən həyata keçirilən hər bir beynəlxalq tranzit uçuş haqqında məlumat (yuxarıda qeyd olunan uçuş planı) mülki aviasiyanın hava hərəkətinə nəzarət xidməti tərəfindən Ermənistan Respublikasının aidiyyəti qurumlarına təqdim olunur” – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button