BaşlıcaSiyasət

Paşinyan əmindir:  “Mülki Müqavilə” Ermənistanın qarşıdakı parlament seçkilərində qalib gələcək”

Mən əminəm ki, Ermənistanda hakim “Mülki Müqavilə” partiyası qarşıdakı parlament seçkilərində qalib gələcək. Bu haqda  martın 25-də Parlament iclasında, hökumətlə sual-cavab zamanı deputatların suallarını cavablandırarkən ER Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, o, belə nəticəyə son bir ay ərzində xalqla keçirdiyi görüşlərin nəticələrinə əsasən gəlib.

Paşinyan deyib ki, minillik axtarışlardan sonra, məqsədə çatmağa 5 dəqiqə qalmış xalqın inkişaf yolundan kəskin şəkildə dönərək yenidən sağ qalma gündəminə qayıdacağına inanmaq çətindir.

 O, əlavə edib ki, bu, tarixi baxımdan mümkün deyil.

Hökumət başçısı bir daha vurğulayıb ki, Ermənistanda hakim “Mülki Müqavilə” fraksiyası erməni xalqının sülh gündəminin həyata keçirilməsinə zəmanət verən yeganə siyasi qüvvədir.

Onun sözlərinə görə, digər bütün siyasi qüvvələr sülhün yenidən nəzərdən keçirilməsinin tərəfdarıdır və bu isə qaçılmaz olaraq yeni müharibəyə gətirib çıxaracaq.

Daha çox göstər
Back to top button