
Ermənistan Respublikası Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri Sarkis Xandanyan ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Macarıstanda keçiriləcək parlament seçkiləri üzrə beynəlxalq müşahidə missiyasının rəhbəri təyin edilib.
Martın 24-26-da Macarıstanın paytaxtına etdiyi işgüzar səfər zamanı Sarkis Xandanyan Macarıstanda seçki prosesində iştirak edən dövlət qurumları, seçkilərdə iştirak edən siyasi partiyalar, Macarıstan parlamentinin və hökumətinin nümayəndələri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə uzunmüddətli müşahidə missiyasını həyata keçirən ATƏT/ATƏMİB-in komandası ilə görüşlər keçirib.
Görüşlər zamanı Sarkis Xandanyan seçkilərə hazırlıq işləri və təşviqat kampaniyasının gedişi ilə tanış olub.
Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.







