BaşlıcaSiyasət

ER Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib

ER Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib

“Tezliklə Rusiyaya gedəcəyəm. Biz əlaqələri qoruyuruq” – deyə Paşinyan Yerevanda vətəndaşlarla görüş zamanı, Rusiyayla əlaqələr barədə bir vətəndaşın fikrinə münasibət bildirərkən söyləyib.

O, həmçinin vurğulayıb ki, Rusiya Ermənistan üçün dost ölkədir.

Daha əvvəl, martın 23-də Ermənistanın baş naziri Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu. Tərəflər ikitərəfli gündəlikdə olan məsələləri müzakirə etmiş və yaxın zamanda müzakirələri görüş formatında davam etdirmək barədə razılığa gəlmişdilər.

Daha çox göstər
Back to top button