BaşlıcaSiyasət

Ermənistan və İranın Xarici işlər nazirləri Yaxın Şərqdə son inkişafları müzakirə ediblər

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyed Abbas Araqçi ilə telefon danışığı aparıb. “Armenpress”in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər Yaxın Şərqdə baş verən son inkişaflar və vəziyyətin həlli imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin humanitar xarakterli məsələlərə və çoxtərəfli platformalarda mövcud olan mövzulara toxunublar.

Daha çox göstər
Back to top button