BaşlıcaSiyasət

Ermənistan və Qətərin Xarici işlər nazirləri Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə ediblər

Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı aparıb. Alınan məlumata görə, bu barədə Ermənistan Xarici İşlər nazirliyi məlumat yayıb.

Həmsöhbətlər Yaxın Şərqdə yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan vəziyyətin gərginləşməsi və baş verən hadisələr nəticəsində qeydə alınan itkilərlə bağlı narahatlığını ifadə edib.

 Regional sabitlik və sülhün əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərə Ermənistanın prinsipial dəstəyi qeyd olunub.

Ermənistanın xarici işlər naziri Yaxın Şərq üzərindən uçuşların ləğvi nəticəsində Qətərdə qalan Ermənistan vətəndaşları ilə bağlı məsələlərdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

İkitərəfli münasibətlərə toxunan Ermənistan və Qətərin Xarici işlər nazirləri əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi istiqamətində siyasi iradəni vurğulayıblar, xüsusilə iqtisadi sahə və infrastruktur layihələrinin əhəmiyyətini qeyd ediblər.

Daha çox göstər
Back to top button